Azərbaycan Premyer Liqasının 25-ci turunda "Sabah"ın qonağı olacaq "Kəpəz" oyuna itkilərlə hazırlaşır.
Bu barədə Fanat.Az-a klubun mətbuat xidmətindən məlumat verilib.
"Qərb təmsilçisi"nin heyətində iki ciddi itki var. Ötən tur "Sumqayıt"la oyunda baxımlı qola imza atan Ahmed Ayzaya matçın sonunda üzülüb. Belə ki, o, aldığı sarı vərəqəyə görə cəzalı duruma düşüb. Bu, nigeriyalı yarımmüdafiəçinin cari mövsümdə gördüyü 8-ci vərəqə olub.
"Kəpəz" "Sabah"la görüşdə gürcüstanlı yarımmüdafiəçi Giorgi Kantariyanın da xidmətindən yararlana bilməyəcək. O, "Sumqayıt"la matçda ikinci hissənin əvvəlində zədələnərək əvəzlənib. 25 yaşlı futbolçu hələ meydana çıxmağa hazır deyil.
Qeyd edək ki, "Sabah" - "Kəpəz" görüşü martın 4-də, “Bank Respublika Arena”da keçiriləcək və saat 18:30-da başlayacaq.
Mirağa