Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində baş tutan "Qəbələ" - "Qarabağ" oyununda (1:3) zədələnərək meydanı tərk edən Riçard Almeydanın son vəziyyətinə aydınlıq gəlib.
Ağdam təmsilçisinin sözçüsü Gündüz Abbaszadənin Fanat.Az-a verdiyi məlumata görə, ciddi xəsarət aldığı ehtimal edilən milliləşdirilmiş braziliyalının səhhəti ilə bağlı heç bir problem yoxdur.
Klub rəsmisi Almeydanın müayinədən sonra bugünkü bərpa məşqinə qatıldığını bildirib.
Qeyd edək ki, Almeyda Qəbələdəki qarşılaşmanın 63-cü dəqiqəsində Qara Qarayevlə əvəzlənib.
Nihat