15:23 06.03.2023 371

Liderlər üçün qələbə həftəsi - Tura baxış

Azərbaycan Premyer Liqasının 25-ci turu sensasiyasız başa çatdı.

Düzdür, ilk oyunda “Zirə”nin “Şamaxı”nı məğlub edə bilməməsi müəyyən mənada gözlənilməz oldu. Amma son turlardakı mənzərəni qısa analiz edəndə, bu nəticənin də sürpriz olmadığını görə bilərik.

"Zirə" - "Şamaxı" 2:2
Qollar:
Hamidu Keyta, 29. Nihad Quliyev, 79-öz qapısına - Amil Yunanov, 60-pen. Kamran Quliyev, 73.

“Zirə”: 1. Mehdi Cənnətov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 96. Vild-Donald Gerye, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 11. Rüstəm Əhmədzadə, 38. Ramiz Muradov, 70. İssa Cibrila, 17. Toni Qomes, 7. Filipe Paxtman, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
“Şamaxı”: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 90. Əli Səmədov, 16. Fuad Bayramov, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 22. Elçin Mustafayev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 80. Zahid Mərdanov
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 15. Emin Zamanov, 70. Bahadur Həziyev, 11. Kamran Quliyev, 4. Arsen Ağcabəyov, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov, 29. Ramin Əhmədov
Baş məşqçi: Vüqar Əsgərli

“Zirə”nin qeyri-sabit çıxış etməsi artıq qəbul olunmalıdır. Rəşad Sadıqovun çalışdırdığı komanda Tovuz səfərindən inamlı qələbə ilə dönsə də, doğma meydanda “Şamaxı”nı məğlub etmək mümkün olmadı. Sözsüz ki, buna görə “Zirə”ni çox da günahlandırmağa dəyməz. Elə təkcə onu xatırlatmaq kifayətdir ki, əyalət təmsilçisi ötən tur “Sabah”ı 2:1 hesabıyla məğlub etmişdi. Həmin qarşılaşmada “Sabah”ı iki dəfə məyus edən Amil Yunanov bu dəfə də adını tabloya yazdırmağı bacardı. 60-cı dəqiqədə penaltidən fərqlənən hücumcu Keytanın ilk yarıda vurduğu qolun cavabını verdi. Çox keçmədi ki, Kamran Quliyev komandasını önə çıxardı. Onun vurduğu qol qapıçı Mehdi Cənnətovla müdafiəçilərin anlaşa bilməməsi səbəbindən yarandı. “Zirə”ni məğlubiyyətdən elə “Şamaxı”nın futbolçusu qurtardı. Nihad Quliyev 79-cu dəqiqədə qapıların yerini dəyişik saldı.
36 xalla 4-cü pillədə qərarlaşan “Zirə” “Neftçi”dən artıq 16 xal geri qalır. 20 xallı “Şamaxı” isə 9-cu yerdədir.

“Səbail” – “Sumqayıt” 0:1
Qol
: Terrens Tisdel, 90+8-pen.
Qırmızı vərəqə: Qustavo de Fransa, 68.

"Səbail": 1. Emil Balayev (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 22. Samir Abdullayev, 11. Qoba Zakpa, 99. David Qomis, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 10. Ağabala Ramazanov, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 20. Mirəli Əhmədov, 27. Emil Martinov, 21. Kizito Luvaqa.
Baş məşqçi: Şahin Diniyev.
"Sumqayıt": 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 9. Kərim Abubakar, 22. Dieqo Karioka, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 25. İlnur Vəliyev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 10. Vüsal İsgəndərli, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 7. Terrens Tisdel, 23. Kamran Əliyev, 12. Todor Todoroski, 37. Alya Ture.
Baş məşqçi: Samir Abasov.

Şahin Diniyev oyundan sonra hakimlikdən gileylənsə də, “Səbail”in məğlubiyyətinə görə Rəşad Əhmədovun başçılıq etdiyi hakimlər briqadasını günahlandırmaq olmaz. Düzdür, oyundakı yeganə qol penaltidən vuruldu, özü də oyuna əlavə olunmuş son dəqiqələrdə. Amma buna qədər rəqibi məyus edə bilməyən meydan sahibləri daha çox özündən narazı olmalıdır. Azlıqda qalan “Səbail” rəqibin üzərinə getməyi, hücumda fəal oynamağı bacarmadı. Belədə bir qolun həlledici olması da təbii qarşılanmalıdır.
“Sumqayıt” qələbə sayəsində xalını 21-ə çatdırdı və 7-ci pilləyə yüksəldi. 17 xallı “Səbail” isə hələki sonuncu yerdə qərarlaşıb.

“Sabah” – “Kəpəz” 2:0
Qollar:
Aleksey İsayev, 40. Anatoli Nuriyev, 90+4.
Qırmızı vərəqə: Anatoli Nuriyev, 90+6 - Abdullahi Şuaybu, 17.

"Sabah": 12. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 3. Zurab Oçiqava, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 99. Emmanuel Apeh.
Məşqçi: Artur Olenin.
"Kəpəz": 71. Mario Mustapiç, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 5. İdris İnqilablı, 3. Abdulla Rzayev, 20. Mahir Həsənov, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 21. Martins Junior, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 68. Orxan Sadıqlı, 25. Elgün Bayramov, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 27. Samir Məhərrəmli, 37. Ruslan Süleymanov, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 44. Nihat Fərəci, 10. Salif Sisse.
Baş məşqçi: Tərlan Əhmədov.

“Kəpəz” də “Sabah”la oyunda azlıqda qaldı və məğlubiyyətlə barışdı. Bununla da “Sabah”ın üç oyunluq qələbə həsrəti sona çatdı. “Qarabağ”la heç-heçə etdikdən sonra “Sabah” “Şamaxı” və “Turan Tovuz”a məğlub olmuşdu. “Qara zolaq”dan çıxmaq üçün “Kəpəz” əlverişli rəqib idi. Murad Musayevin yetirmələri azlıqda qalan rəqibini “quru” hesabla yendi.
Aleksey İsayevin 40-cı dəqiqədə hesabı açması “Sabah”ın rahat oynamasını təmin etdi. Anatoli Nuriyev hakimin əsas vaxta əlavə etdiyi 4-cü dəqiqədə yekun hesabı müəyyənləşdirdi. Bu qələbə “Sabah”ı həm də psixoloji gərginlikdən qurtarmış oldu. 
56 xallı “Sabah” “Qarabağ”ı təqib etməyə davam edir. 25 tur ərzində 20 xal toplayan “Kəpəz”in tək təsəllisi isə “Şamaxı” ilə “Səbail”i üstələyib, 8-ci sırada olmasıdır.

“Qəbələ” – “Qarabağ” 1:3
Qollar:
İsnik Alimi, 31 - Ramil Şeydayev, 37-pen; 38-pen. Musa Qurbanlı, 55.

"Qəbələ": 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 27. Məqsəd İsayev, 28. Murad Musayev, 77. Emil Səfərov, 91. Ramon Maçado, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 9. Əyyub Allaş, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
"Qarabağ": 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda (k), 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 89. Amin Ramazanov 94. Ayhan Arazlı 5. Maksim Medvedev 19. Filip Ozobiç 2. Qara Qarayev 18. İsmayıl İbrahimli 27. Toral Bayramov 90. Nəriman Axundzadə 99. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov

“Qarabağ” Qəbələ səfərindən əzmkarlıq sayəsində qələbə ilə qayıtdı. İsnik Aliminin 31-ci dəqiqədə vurduğu qol “köhlən atlar”ı şoka saldı. Amma qonaqlar bu qolun şokundan 6 dəqiqəyə çıxmağı, hesabı öz xeyirlərinə dəyişməyi bacardı. Cəmi iki dəqiqə ərzində “Qəbələ”nin qapısına doğru iki penalti təyin olundu. Ramil Şeydayev bombardirlər yarışında ilk sıraya keçmək fürsətini əldən vermədi. Amma ikinci hissədə fərqlənən Musa Qurbanlı da mövsümdə 17-ci qolunu vurdu və Ramillə şərikli liderliyə yüksəldi. İndi “Qarabağ”ın hücumçularının hər ikisinin aktivində 17 qol var.
Məğlubiyyətsiz oyunlarını davam etdirən “Qarabağ” xalını 65-ə yüksəltdi. “Köhlən atlar” turnir cədvəlinə inamla liderlik edir. 32 xallı “Qəbələ” isə 5-ci sıraya “lövbər salıb”.

“Neftçi” – “Turan Tovuz” 4:0
Qollar:
S.M.Kolli, 20. E.Mahmudov, 24; 84. M.Saldanya, 72.

"Neftçi": 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 19. Azər Salahlı, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 92. Ömər Qurbanov, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Laurentsiu Regekampf.
"Turan Tovuz": 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev (k), 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 55. Xulu Siyanda, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiç, 9. Belaydi Pusi, 11. Ayxan Quseynov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 33. Eltun Turabov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 97. Sadiq Şəfiyev, 19. Runi Eva, 23. Okebuqvu Henri.
Baş məşqçi: Ayxan Abbasov.

Turun son oyununda “Neftçi” “Turan Tovuz”u qəbul edirdi. Son turlarda inamlı oyun sərgiləyən “ağ-qaralar” bu vacib oyunda 3 xal qazanmağı bacardı. Özü də rəqibin qapısına 4 cavabsız top vurmaqla.

Meza Kollinin hesabı açdığı qarşılaşmada Emin Mahmudov “dubl” etdi. Saldanya 72-ci dəqiqədə adını tabloya yazdırdı. Bu yerdə onu da qeyd edək ki, “Neftçi”nin kapitanı “ağ-qaralar”ın çempionatdakı 1500-cü qoluna imza atdı. Yubiley qoluna çatan “Neftçi” bu göstəriciyə görə digər klubları qabaqlayır.
Amma turnir cədvəlində “Neftçi”ni iki komanda qabaqlayır ki, bu da xoş mənzərə deyil. 52 xal “Neftçi”yə yalnız 3-cü pillədə yer almağa imkan verir. “Turan Tovuz”un isə 26 xalı var və qərb təmsilçisi 6-cı sırada qərarlaşıb.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

Facebookdan bizi izləməyi unutmayın.
X