10:00 10.03.2023 618

"Qarabağ"ın "qış yuxusu" - Komanda nə vaxt formaya düşəcək?

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Azərbaycanın beynəlxalq arenada ən yaxşı təmsilçisi statusunu Avropa səhnəsində sərgilədiyi futbol və qazandığı nəticələrlə haqq edən "Qarabağ"ın bu mövsüm daha ciddi uğura imza atacağına inam çox idi. Çempionlar Liqasının pley-off mərhələsində şanssız şəkildə "əyləci basan" ağdamlılar Avropa Liqasının qrupunda da olduqca uğurlu matçlar keçirdi. "Frayburq", "Nant" və "Olimpiakos" kimi ciddi rəqiblərlə eyni qrupda çıxış edən "köhlən atlar" oyun planında bu komandaların heç birindən geri qalmadığını əyani şəkildə göstərdisə, Pireydə Yunanıstan nəhəngini, Bakıda Fransa klubunu 3:0 hesabı ilə darmadağın etdiyi görüşlər yerli futbolsevərlərin yaddaşında parlaq zəfərlər kimi qaldı. Hərçənd yekunda AL-in də qrupundan çıxmaq mümkün olmadı və mübarizəyə ÇL-də başlayan Azərbaycan çempionu qışdan sonra Konfrans Liqasının 1/16 final mərhələsində Belçikanın "Gent" komandası ilə münasibətlərinə aydınlıq gətirməli oldu...

Bu, pafos deyildi

İndiyədək qitəmiqyaslı yarışların pley-offunda uğur qazanmayan ağdamlıların yeni tarix yaza biləcəyini güman edənləri qınamağa dəyməz. "Qarabağ" istər ÇL-in qrup mərhələsinin biraddımlığınadək gəldiyi yolda, istərsə də AL-in qrupunda "Gent"dən daha güclü komandaları üstələmiş, futbolsevərləri KL-in 1/8 finalına adlaya biləcəyinə inandırmışdı. Şübhəsiz, Belçika təmsilçisi ölkəsinin "divlər"indən sayılmırdı və belə desək, azərbaycanlıların dişinə görə rəqib statusu ilə dəyərləndirilməsi pafos deyildi. Sadəcə, Azərbaycan çempionunun "Gent"in müqavimətini qırmasına bir sıra çatışmazlıqlar mane oldu. Yəqin ki, Bakıdan 0:1 hesablı yenilgi ilə dönən belçikalıların qapıçısı "köhlən atlar"ın penaltiləri dəqiq yerinə yetirməsi ilə ad çıxarmış futbolçusunun - Ramil Şeydayevin həmin zərbəsinin qarşısını kəsməsəydi, ən yeni tarix yazılacaqdı. Düzdür, səfərdəki matçın əsas və əlavə vaxtında eyni hesabla uduzaraq oyunsonrası penaltilərlə məyus edilən ağdamlılar Gentdə oyunu ilə də zövqləri oxşamadı. Ancaq bütün hallarda, "camışlar"ın bu döyüşdən üzüağ çıxmasını onların mükəmməl oyun göstərdikləri ilə bağlamaq absurddur. "Qarabağ"ın "Gent"dən çox özünə uduzduğunu vurğulamaq daha məntiqəuyğun yanaşmadır.   

Nə oldusa, yanvarda oldu

Əslində, "camışlar"la duellərə qədər də ideal formasından uzaq düşdüyü sezilən "Qarabağ"ın problemləri qış fasiləsindən sonra üst-üstə qalanmağa başlamışdı. Avropada yol verdiyi ciddi səhvlərlə görə uzun müddət azarkeşlərin və mətbuatın qınaq obyektinə çevrilən qapıçı Şahruddin Məhəmmədəliyevin Antalya toplanışında qolu sınana qədər komandanın ən güclü bəndi - Kadi Borges komanadadan getmişdi. Ardından isə qitəmiqyaslı görüşlərdə sözünü deyən Ovusu Kvabena da Macarıstana üz tutdu və hər şey yeni transferlərin necə uyğunlaşacağından asılı vəziyyətə düşdü. Təəssüf ki, qış transfer pəncərəsində heyətə qatılan Adama Diakabi, Yassin Benzia və Redon Cica kimi futbolçulardan heç biri adaptasiya prosesini qısa müddətdə geridə qoymağı bacarmadı. 

"Qarabağ"ın "Gent"lə ilk pley-off matçına - fevralın 16-na qədər Azərbaycan Premyer Liqasındakı oyunlarını və nəticələrini yada salsaq, nə dərəcədə zəiflədiyini digər faktlarla sübut etməyə ehtiyac belə, qalmaz:

19-cu tur, "Turan Tovuz" - "Qarabağ" 2:3
20-ci tur, "Qarabağ" - "Şamaxı" 3:1
21-ci tur, "Kəpəz" - "Qarabağ" 1:1
22-ci tur, "Qarabağ" - "Sabah" 1:1

Gördüyünüz kimi, Ağdam komandası 4 çempionat matçının ikisində büdrəyib. "Köhlən atlar"ın bu görüşlərin hamısında qapısında qol görməsi də diqqətçəkən məqamdır. Elə sonrakı qarşılaşmalar da "hər şey düzəlir" fikrinə əsas vermir:

23-cü tur, "Zirə" - "Qarabağ" 0:1
24-cü tur, "Qarabağ" - "Neftçi" 1:1
25-ci tur, "Qəbələ" - "Qarabağ" 1:3

Bölgə təmsilçisi ümumilikdə qış fasiləsindən sonra keçirdiyi 7 çempionat qarşılaşmasının yalnız birində qapısını toxunulmaz saxlaya bilib ki, bu da həm əsas qapıçı Şahruddinin yoxluğu, həm də müdafiə xətti başda olmaqla, bütün kollektivin ayağına yazılmalıdır. Son 7 APL matçında 7 qol mövsümboyu buraxılan 15 topun təqribən yarısı deməkdir. Dəqiqləşdirsək, qışa qədər Azərbaycan Kubokunu da nəzərə alsaq, 3 cəbhədə mübarizə aparan Qurban Qurbanovun yetirmələri 18 tura 8, qışdan sonra isə 7 tura 7 qola üzülüb. 

Qurbanovun yetirmələri nə vaxt formaya düşəcək?

Müasir futbolda komandalar öncədən müəyyənləşdirilmiş plan üzrə hazırlaşır və məşqçilər rəhbərlik etdiyi kollektivin formasının zirvəsinə nə vaxt çatacağını öncədən bilir. "Qəbələ" ilə son səfər qarşılaşmasının ardından bu sualı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova ünvanladıq. Qurban bəyin cavabı belə oldu:

"Təəssüf ki, zədəlilərimizin sayı çox oldu. Yeni transferlərin komandaya uyğunlaşmasının müəyyən vaxt aparacağı öncədən bəlli idi. Digər zədəlilərlə yanaşı, yeni transferlərimizin - Benzia və Diakabinin də xəsarət alması bu yöndə işləri çətinləşdirdi. Açığı, xoş olmayan sürprizlərlə qarşılaşdığımız üçün bu gün komandanın nə vaxt istədiyimiz vəziyyətə gələcəyini söyləmək çətindir. Yəqin ki, hər şey planauyğun getsə, mövsümün sonuna doğru irəliləyiş hiss olunacaq".

Nihat Ağasoy

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X