Yayda "Qəbələ"dən ayrılacaq futbolçulardan ikisinin kimliyi bəllidir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "qırmızı-qaralar"ın hücumçusu Rafael Utziq cari mövsümün sonunda başa çatacaq müqaviləsinin müddətini uzatmaqda şəxsən maraqlı deyil.
Braziliyalı legioner daha yaxşı maddi şərtlər fonunda bir neçə təklif alıb.
Bölgə təmsilçisinin 23 yaşlı qapıçısı Kristof Atanqana da belə desək, yol üstündədir. Legioner statusu ilə ehtiyatda qalan qapıçı ümidləri doğrulda bilmədiyi üçün klub yayda onunla anlaşma yeniləməyəcək.
Bu gün üçün yalnız sözügedən oyunçuların, qəbələlilərlə vidalaşacağı dəqiqləşsə də, siyahının genişlənmək ehtimalı yüksəkdir.
Nihat