Futbol üzrə Azərbaycan I Divizionda XXI tur çərçivəsində daha iki oyun keçirilib.
Fanat.Az xəbər verir ki, "Sumqayıt-2" MOİK-lə, "Qəbələ-2" isə "Turan Tovuz-2" ilə münasibətlərinə aydınlıq gətirib.
Sumqayıtdakı görüşdə qonaqlar, Qəbələdə isə meydan sahibləri qələbə qazanıb.
14 mart
“Sumqayıt-2” – MOİK 0:1
Qol: İlham Allahverdiyev, 58-pen.
Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Anar Bədəlov, Rəsul Babayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Kapital Bank Arena” (ehtiyat meydança), 14:00
“Qəbələ-2” – “Turan Tovuz-2” 2:0
Qollar: Xəyal Xudaverdiyev, 51. Mehrac Baxşalı, 54
Hakimlər: Əli Əliyev, Ruslan Quliyev, Səbuhi Soltanov, Mahmud Bağırzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00 (canlı/Insports.Tv)
Qeyd edək ki, tura sabah yekun vurulacaq. Texniki səbəbi əsas gətirərək PFL-ə müraciət edən "Araz Naxçıvan"ın xahişinə əsasən, bu komandanın "Zirə-2" ilə matçı martın 14-dən 15-nə dəyişdirilib:
15 mart
“Araz Naxçıvan” – “Zirə-2”
Hakimlər: Şamil İmanzadə, Vüqar Bayramov, Asif Abdullayev, Murad Səlimov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elman Musayev
Naxçıvan Muxtar Respublika stadionu, 15:00 (canlı/Insports.Tv)