21:31 16.03.2023 260

“Heç-heçə ədalətli nəticədir” – Tərlan Əhmədov

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyun haqda (2:2) danışıb.

Fanat.Az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:

“Maraqlı oyun izlədik. İtkilərə rəğmən komandanı yaxşı motivasiya etmişdik. Bizim üçün çox vacib xal idi. Futbolçularım çox yaxşı oynadı. Hər şey nizam-intizamla bağlıdır. Komandada rəqabət çoxdur. Bütün futbolçularımı təbrik edirəm. Öz səhvlərimizdən, hakimlərin səvlərindən çox xal itirdik. Yerdə qalan doqquz oyunda xallar qazanmağa çalışacağıq. Gəncədən gələn azarkeşlərimizə təşəkkür edirəm. Veteran futbolçularımıza minnətdaram. Məhz bunların sayəsində inkişaf edirik.

Burada təbrikdən söhbət gedə bilməz. Rəbimiz böyük klubdur. Yeddinci aydır ki, mən buradayam. İndiki halda “Neftçi”dən xal almaq böyük nəticədir. Heç-heçə ədalətli nəticədir. Səfərdə bir xal qazanmaq önəmli idi.

Hakim səhvləri ucbatında səkkiz xal itirmişik. Bəzi məsələlər də zaman aldı. Artıq bunlar keçmişdə qalıb. Əvvəlki matçlarda olduğu kimi ciddi səhvlər olmadı. Aprel ayı bizim üçün çətin olacaq. Ardıcıl olaraq ağır qrafikdə oynayacağıq. Qarşımıza qoyduğumuz məqsəd elitada qalmaq və vəziyyətimizi yaxşılaşdırmaqdır. 6 və ya 7-ci pilləyə yüksəlmək əsas məqsəddir.

Ümumiyyətlə, “Səbail”lə matçda uduzmamalıydıq. Lakin həyatın görünməyən tərəfləri var. Bunlar təbii proseslərdir. Liderlərə qarşı necə oynayırıqsa, son pillələrdə olan komandalara da qarşı eyni formada çıxış etməliyik. Komandam yeni formalaşır. Burada stabil oyundan söhbət gedə bilməz. Çalışıram ki, stabilliyi qoruyub saxlayaq. “Sabah”a uduzmamalıydıq. Əsas məqsəd Premyer Liqada qalmaqdır. Bu, hazırda çox vacibdir. 

Dördüncü dövrədə nələrin olacağını bilə bilmərəm. Yenə deyirəm: hədəf elitada qalmaqdır. Komandamla bu gün səkkiz dəqiqə matç barədə danışmışam. Oyunun əsas mahiyyətini onlara çatdırmaq olub.

Futbolçuların özünün gələcəyi var. Onları motivasiya etmək vacibdir. Futbolçuların motivasiyalı olması göstərdikləri oyunla bağlıdır. Bir neçə futbolçumuza təklif var. Oyunçulara hər zaman bir cümlə deyirəm: “Fikirləşin ki, sizi evdə düşünənlər var”.

Mən istəyirəm ki, elitada 16-18 komanda olsun. Çox istəyirəm ki, komandaların sayı artsın. Futbol oynamaq fərqliliyini görmək istəyirəm. Bizim o qədər itirdiyimiz kollektivlər var ki...Qərar federasiyanındır. Komandaların sayı artsa, yaxşı olar”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

Facebookdan bizi izləməyi unutmayın.
X