"Qəbələ" İdman Klubu Azərbaycanın daha bir şirkəti ilə əməkdaşlığa başlayır.
Fanat.Az xəbər verir ki, fəaliyyəti isitmə, soyutma, havalandırma və s. su təchizatı sistemlərinin satışı, quraşdırılması və servisindən ibarət "EUROCLİMA" MMC "Qəbələ" Futbol Akademiyasının forma arxası sponsoru olacaq.
Klub və şirkət arasında rəsmi müqavilə imzalama mərasimi bu gün baş tutub. Tədbir Qəbələ şəhər stadionunda olub.
"Qəbələ" klubu və "EUROCLİMA" arasında sponsorluq razılaşması 3 illik müddətinə imzalanıb. Anlaşmaya əsasən, akademiyanın komandalarının oyun formalarının arxa hissəsində "EUROCLİMA" brendinin loqosu əsk olunacaq.
Qeyd edək ki, əsası 2010-cu ildə qoyulan şirkətin profili Bakıda və Azərbaycanın müxtəlif regionlarında məşhur Avropa istehsalçılarının məhsullarının satışı, quraşdırılması və servisindən ibarətdir. "EUROCLİMA" Almaniyanın, İtaliyanın, Danimarkanın, Türkiyənin, Rusiyanın ən keyfiyyətli məhsullarını ölkəmizə gətirir.