16:25 28.03.2023 1141

Onların işi susmaqdır, siz danışın

Milli AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçirdiyi ilk iki oyunda biabırçı nəticələrlə yadda qaldı. Başqa sözlə, Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzan Canni de Byazinin komandası darmadağınları bərbad futbolla haqq etdi. Mövcud reallığa nəzərən vəziyyət sözün əsl mənasında, acınacaqlıdır. Ancaq vəziyyətdən çıxış yolu olmadığını düşünmək absurddur. 

Məsələyə uzun müddət şans qazanmasına rəğmən, işinin öhdəsindən gələ bilməyən italiyalı baş məşqçi və bacarıqsız oyunçular prizmasından yanaşmaq gülünc alınar. Bəli, De Byazi təmsil etdiyi ölkənin belə desək, 3-cü növ məşqçilərindən biridir və onun real potensialı bundan artığına imkan vermir. Oyunçulara gəlincə, millidəkilərin böyük əksəriyyəti Avropa standartlarından çox geri qalan futbolçulardır. Zəif məşqçinin rəhbərliyi altında ardıcılı iki darmadağın alan komandanın rəzalətinin əsas səbəbi AFFA-nın səriştəsiz futbol siyasətidir.

Özü yoxdur, sözü var

AFFA dedikdə, şübhəsiz, assosiasiyanın binası yox, "şüşəli saray"ın futbol başbilənləri nəzərdə tutulur. Qurumun iş strukturu ölkə futbolu ilə yaxından maraqlananlara çoxdan bəllidir... Özülü AFFA-da 10 ildən çox baş katib, ardından icraçı vitse-prezident vəzifələrində işləmiş Elxan Məmmədov dönəmində atılan yanlış strategiya hələ də qüvvədədir.

Məmmədov indi FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsində çalışsa da, yəni özü AFFA-dan cismən uzaqlaşsa da, izi, sözü və gözü "şüşəli saray"dadır. Fakt budur ki, onun tapıb bəyəndiyi, yığmaya "caladığı" De Byazi ilə müqavilə uzadılıb və assosiasiya hələ də əcnəbi sevdasından əl çəkməyib. Eləcə də digər yaş qrupları üzrə yığmalarda nəzərəçarpacaq islahatlar aparılmayıb. Assosiasiyanın öz strukturuna, vəzifə bölgüsünə və kadrlara gəlincə, müəyyən kosmetik dəyişikliklər fonunda hər şey Məmmədov dönəmində olduğu kimidir. Görünən budur ki, radikal islahatlar öncə AFFA-nın srtukturunda aparılmalı, lazımsız komitələr ləğv edilməli, xərclənən milyonlar fonunda ölkə futbolunu bu günə salan bacarıqsızlardan haqq-hesab sorulmalıdır. "Bizdə futbol olmayıb, yoxdur və olmayacaq" düşüncəsini ictimaiyyətin beyninə yeridənlərin məramı bəllidir: narazılıqları sığortalamaq, rəzalətin əsl səbəbini ört-basdır etmək və bu yolla dar məqamda sudan quru çıxmaq. Bəlli, futbolun olması üçün onu düzgün istiqamətdə inkişaf etdirmək lazımdırsa və bu məsuliyyəti çiyinlərinə götürən AFFA məmurları işinin öhdəsindən gələ bilmirsə, əlavə şərhə əlyeri qalmır.

Media və fanatlarla iş bitmir

İki oyuna 9 top buraxan seçmənin fiaskosundan sonra üsyan edənlər gücün yox, ədalətin yanında olan media mənsubları və sıravi azarkeşlərdir. Mətbuatı, sosial şəbəkələri izləsək, "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanovdan başqa öz düşüncələrini, etirazlarını dilə gətirmək istəyən tapılmır. Yalnız idman jurnalistlərinin yazdığı tənqidi məqalələrlə Azərbaycan yığmasının ağ günə çıxması mümkündürmü? Əsla! Ağır məğlubiyyətlərə öyrəşdirilmiş azarkeşlər necə, AFFA məmurlarının vəzifəsindən sui-istifadə etməsinin, iş görə bilmədiyi halda, assosiasiyada əyləşməsinin qarşısını ala bilərmi? Təbii ki, yox. Bütün futbol ictimaiyyəti eyni hədəfə vurmalı, ölkə futbolu bir qrup şəxsin cəngindən xilas edilməlidir. 

Onların işi susmaqdır

Dünya praktikasına nəzər yetirsək, bir ölkənin yığmasında baş verən rəzalətə qarşı öncə yerli futbol adamları çıxır, qorxunc gərdişə "dur" deməyin yolları göstərilir. Təəssüf ki, Azərbaycan futbolunda bu yöndə vəziyyət çox fərqlidir. "Köhnə sexin istehsalları" təyini ilə xarakterizə edilənlərin əksəriyyəti heç nəyə yaramayan Məşqçilər Komitəsində susdurulubsa, klublarda çalışanlar da hərəsi bir səbəbdən etiraz etmək istəmir. Əlbəttə, bu gün AFFA-ya bağlı adamlardan - Vaqif Sadıqovdan, Ağasəlim Mircavadovdan, Maşallah Əhmədovdan, İsgəndər Cavadovdan və bu qəbildən olan başqalarından cəsarət ummaq dəryada balıq sevdasıdır. Bir qədər obrazlı yanaşsaq, hara üzdüyü bilinməyən gəminin sərnişinləri gəmidən dənizə atılmaq qorxusunun fərqindədir və belələri üçün ölkə futbolunun sabahı maraqlı deyil. Birini AFFA nümayəndəsi kimi getdiyi çempionat oyunlarından alacağı qonorar düşündürür, digərini maaş. İşsiz mütəxəssislərin çoxu isə bir açıqlama ilə assosiasiya bosslarının qəzəbinə tuş gələcəyindən və işsizlik müddətinin uzanacağından qorxur.

Siz danışın

Yuxarıda qeyd etdiyimiz kimi, AFFA-da Məmmədovdanqalma idarəçilik sisteminin ləğv olunması, quruma "yeni nəfəs" gətirilməsi əsas şərtdir. Ölkədə işini həvəslə görən, məqsədi futbolun inkişafında müəyyən rol oynamaq olan mütəxəssislər də az deyil. Yaxşı, Qurban Qurbanov, Rəşad Sadıqov, Ayxan Abbasov, Samir Abasov necə, sonunda işıq görünməyən tunelə salınmış millinin vəziyyətinə münasibət bildirirmi? 

"Qarabağ"ın baş məşqçisi Qurbanovla hazırda "Zirə"ni çalışdıran Sadıqovun AFFA-dan necə ayrıldığını, bu mütəxəssislərin əsas və digər millilərlə əlaqələrinin planlaşdırılmış şəkildə necə kəsildiyini bilirik. O vaxtdan bəri nə millinin rəmzi sayılan sabiq kapitan seçmədə baş verənlərlə bağlı mövqeyini ortaya qoyur, nə də Ağdam komandasının "sükanı arxası"nda çox şeyi sübut etmiş Qurban bəy. Qurbanovla Sadıqovun bu barədə heç nə deməməsinin özü də bir etiraz üsuludur, ancaq məsələnin digər tərəfi olduğunu da unutmamalıyıq. Futbol ictimaiyyətinin inandığı, güvəndiyi, bacarığına və şəxsiyyətinə hörmət etdiyi adlar Azərbaycan futbolun gələcəyi naminə susmamalıdır. Düzdür, futbolda məşqçi etikası anlayışı da mövcuddur, amma söhbət qlobal problemin çözülməsindən, millinin qaranlıqdan aydınlığa çıxmaq perspektivindən gedirsə, sözügedən şəxslər yaxasını qırağa çəkməməlidir.

Siz də danışın. Siz danışmalısınız ki, "yuxarılar" səsinizi daha tez eşitsin. 

Fanat.Az 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

11 İyun 2023
01:37

Nəsirlinin komandası səfərdən 1 xalla qayıtdı

00:55

“Mançester Siti” ÇL həsrətinə son qoydu!

00:42

Krivotsyukun komandası doğma meydanda xal itirdi

00:20

“Mançester Siti” finalda ciddi itki ilə üzləşdi

10 İyun 2023
23:59

Millimizdən yoxlama oyununda 5 qol

23:34

Bundesliqa klubundan 9 milyon avroluq transfer

23:00

“Arsenal”da ilin ən yaxşı futbolçusu məlum oldu

22:27

Alimi vətənindəki təklifə arxalanıb bu qədər istəyir - SON DURUM

22:15

Azərbaycan güləşçilərindən 6 görüşə 5 qələbə

21:55

Azərbaycan millisinin üzvü olan futbolçunun qardaşı 25 milyona satıldı

21:01

Liqa 1 klubunda 4 ayrılıq

20:32

"Tottenhem" "Barselona"nın müdafiəçisini yarı qiymətinə alır

20:00

"Napoli"yə qayıtmaq istəyirəm" - Rafael Benites

19:25

“Kəpəz”də Tərlan Əhmədov istefaya göndərildi, yeni baş məşqçi açıqlandı

18:42

Azərbaycan gimnastika tarixində daha bir ilk

18:23

Cəbrayılov "Əziz Şuşa” veloturunda ən yaxşı dağ velosipediçisi seçildi

18:00

"Qarabağ" iki futbolçusuna görə rəsmi təklif aldı

17:47

Pavar Almaniyanı İngiltərəyə dəyişir

17:34

Azərbaycan yelkənçiləri dünya çempionatında

17:20

Ramosla Modriç yenidən bir komandada - İspaniyalı ulduz belə təsdiqlədi 

16:58

Cerrard Çempionşipdə çalışacaq

16:22

"Milan"ın ulduzu İspaniyaya döndü - RƏSMİ

15:54

"Qəbələ"yə "yox" deyən Utziq növbəti mövsümə bu klubda başlayacaq 

15:38

Türk futbolçu Rusiya klubuna keçdi

15:16

Daha 12 usta cüdoçumuz yarışır

15:00

Alleqri də Səudiyyə Ərəbistanına gedir

14:33

Dani Alveş azadlığa çıxır? - Məhkəməyə yeni dəlillər təqdim olundu

14:18

Pevtsov dünya reytinqində gerilədi

14:01

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

13:40

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:55

ÇL-in finalına doğru: "Qələbəni daha çox arzulamaq vacibdir"

12:23

Boksçularımızdan 10 medal

11:54

"Yuventus" Kyezanı bu klublardan birinə satacaq

11:33

Rəcəbov və Məmmədyarov Qlobal Liqada

11:24

"Qalatasaray"ın istədiyi futbolçunu İtaliya nəhəngi heyətinə qatır

10:56

Xames Rodrigesin yeni klubu açıqlandı

10:07

Rövlan Muradov "Qəbələ"də qalmaq istəmir - SON DURUM

09:52

Universiadanın gerisayımı başladı

09:00

Voyislav Stankoviç növbəti mövsümə harada başlayacaq? 

08:45

Məmmədyarov 7-ci oldu

Facebookdan bizi izləməyi unutmayın.
X