Mövsümün sonu yaxınlaşdıqca "Qarabağ"ın bəzi futbolçularının adları xarici klublarla yanaşı çəkildiyimə şahidlik edirik. Müxtəlif mənbələrdə yayılan məlumatlara görə, komandanın Mərakeş əsilli fransalı vingeri Abdullah Zubir "Alanyaspor"un, Toral Bayramov isə "Qalatasaray"ın hədəfindədir. Məsələyə aydınlıq gətirmək üçün Ağdam təmsilçisinin direktoru Əmrah Çəlikəllə əlaqə saxladıq.
Klub rəsmisinin Fanat.Az-a açıqlaması belə oldu:
"Bu barədə yayılan informasiyaları normal qarşılayırıq. Bizə Türkiyə təmsilçiləri nə Toral üçün müraciət ediblər, nə də Zubir üçün. Heç başqa xarici klublardan da bu oyunçuları istəyən olmayıb. Rəsmi müraciət bir yana, heç şifahi şəkildə də maraqlanmayıblar. Belə bir şey olsaydı, biz də bilərdik".
Nihat