19:07 30.03.2023 287

Sancı çəkən yığma

Milli futbol yığmamızın Avstriyaya 1:4 və İsveçə 0:5 hesablı məğlubiyyətləri haqda çox danışıldı, çox yazıldı. Hamı da bir nəfər kimi komandamızın biabırçı oyun sərgiləməsindən, məşqçi işinin olmamasından bəhs etdi. Təkcə baş məşqçi Canni De Byazinin özündən başqa. İtaliyalının İsveçlə oyun sonrası mətbuat konfransında səsləndirdiyi fikir bizi ələ salmaqdan başqa bir şey deyildi: "Fikirləşirəm ki, əla oyun göstərdik, top daha çox bizdə idi..."   Düzünə qalsa, De Byazi doğru deyirdi. Həqiqətən yığmamız hər 2 oyunda, ələlxüsus da isveçlilərlə matçda yaxşı oynadı -  amma topla yox, əsəblərimizlə...

Əslində, Canni De Byazi indi yığmamızın başında olmamalıydı. Hələ ötən ilin martında onunla müqavilənin uzadılmayacağı, tezliklə komandamızın yeni, bəlkə də, yerli mütəxəssisə tapşırılacağı gündəmdə idi. Səbəb yığmamızın Malta və Latviya milliləri ilə yoldaşlıq oyunlarında minimal hesabla məğlubiyyətiydi. 3 ay sonra Millətlər Liqasında Qazaxıstana 0:2, Slovakiyaya isə 0:1 hesablı yenilgiləri məşqçinin göndəriləcəyinə əminliyi artırmışdı. AFFA rəsmiləri də dolayısıyla onunla müqavilənin yenilənməyəcəyini bildirmişdilər. Amma De Byazinin qanının arasına Belarus millisi girmişdi. Yəni Belarusla elə həmin Millətlər Liqasında səfərdə qolsuz heç-heçə, evdə isə 2:0 hesablı qələbə. Ardınca 2 rəsmi və 2 yoxlama oyunundakı qələbələr... Məhz 5 oyunluq qələbə seriyası De Byazinin müqaviləsinin yenilənməsi ilə nəticələndi. Buna qarşı çıxanlar az deyildi. Amma AFFA "ayıb olar" deyə, italiyalını komandanın başında saxladı və zaman göstərdi ki, bu, səhv qərar idi. Zaman onu da göstərdi ki, 5 ardıcıl qələbə aldadıcı göstəricidir -  nə komandamız düzəlib, nə futbolçular, nə də futbolumuz...

Son zamanlar televiziyalardan yana sosial şəbəkələrdə, əsas da "Tik-tok"da futbolumuz, yığmamızla bağlı canlı müzakirələrə daha çox rast gəlirik. "Tik-tok" ciddi platforma sayılmasa da, burada demək olar ki, hər gün futbolumuzla birbaşa bağlılığı olan şəxslərin, idman jurnalistlərinin iştirakı ilə ciddi müzakirələr aparılır. Arada həmin "canlı"lara qoşulmaq, fikir bildirmək imkanım yaranır. Sonuncu oyundan əvvəl mənə ünvanlanan "İsveçlə oyunda nəticə qazanmaq üçün nə etməliyik" sualını yarızarafat-yarıciddi belə cavablandırmışdım: "çoxlu dua etməliyik". Öz adımdan dua etdim. Görünür, qəbul olunmadı. Kim bilir, bəlkə də qəbul olundu. 5 qolla canımızı qurtardıq. Oyundan sonra daha bir canlıda "yığmamızın oyunundan nə anladınız" sualını isə cavabsız qoydum. Səbəbi və cavabı növbəti abzasın birinci cümləsində...

"Uzun sürən xəstəlikdən sonra Burundi hökuməti şəhərdə tikilən göydələnlərin birində leysan yağışlar nəticəsində Messinin qol sevincini itkin düşən insanlara hörmətlə yanaşılmalıdır..." Nəsə aydın oldu? Sadəcə, söz yığını. Baxın, yığmamızın İsveçlə oyunu bu söz yığınına bənzəyirdi.

Futbol yığmamızın çətin günləri arxada qaldı. Həmkarım Mehman Rəsulovun komandamızın çıxışları haqda hazırladığı reportajda deyildiyi kimi - yığmamız 9 dəfə "sancılandı", 2 məğlubiyyət "doğdu". Əgər AFFA başbilənləri qısa zamanda ciddi addımlar atmasa... Hansı addımlar? Bunu hamı bilir. Əks-təqdirdə yığmamızı daha çətin günlər gözləyir. "Sancılar" da çox olacaq, "doğuşlar"da...

İlqar Tağıyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X