"Şamaxı" - "Qarabağ" matçında meydan sahiblərinin azarkeşlərindən biri AFFA-ya ünvanlanmış plakat qaldırıb.
Fanat.Az-ın məlumatına görə, bir qədər əvvəl start götürən matçdan əvvəl yaşlı azarkeş Azərbaycan komandası "Şamaxı" dünya yığmalarına qarşı" plakatı nümayiş etdirib.
Bununla o, legionersiz yeganə Premyer Liqa təmsilçisinin "Şamaxı" olmasına diqqət çəkmək istəyib. Ancaq polis ağsaqqala yaxınlaşaraq pəakatı ondan alıblar.
Qeyd edərək ki, hazırda davam edən "Şamaxı" - "Qarabağ" matçında hesab açılmayıb.
Nihat