21:56 07.04.2023 275

Daha 6 komandaya texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Fanat.Az xəbər verir ki, iclasda bu qurumun bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Region Liqasının “Arpaçay” (Şərur) - “Naxçıvan Müəllimlər İnstitutu” oyunu “Naxçıvan Müəllimlər İnstitutu” təyin olunan vaxtda gəlmədiyi üçün baş tutmayıb. Buna görə “Naxçıvan Müəllimlər İnstitutu”na 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-17 Liqasının “Qəbələ” - “Xan Lənkəran” qarşılaşması “Xan Lənkəran” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün baş tutmayıb. Buna görə “Xan Lənkəran”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-17 Liqasının İCBFA – “Səbail” oyununda İCBFA-nın futbolçusu Sahil Haqverdiyev aqressiv davranışa (rəqibi ayaqla bilərəkdən vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb.

U-16 Liqasının “Səbail” – “Şamaxı” oyununda “Səbail”in baş məşqçisi Ramiz Hüseynov rəqib komandanın baş məşqçisini təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. O, buna görə 3 oyun şərti olmaqla 5 oyun cəzalandırılıb.

U-15 Liqasının “Arpaçay” (Şərur) – “Araz Naxçıvan” oyununda “Araz Naxçıvan”ın futbolçusu Vidadi İmanov rəqibin baş məşqçisinə təhqiredici əl hərəkəti etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Buna görə ona 4 oyunluq cəza verilib. “Arpaçay”ın baş məşqçisi Bilal Nağıyev rəqib oyunçuları təhqir etdiyinə, vurmağa cəhd etdiyinə və hər iki komanda oyunçuları arasında münaqişəyə səbəb olduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Bütün bunlara görə o, 5 oyun cəzalandırılıb.

U-13 Liqasının “Araz Naxçıvan” -  “Arpaçay” (Şərur) oyununda “Arpaçay”ın baş məşqçisi Bilal Nağıyev icazəsiz meydançaya daxil olduğuna görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırılıb. O, bundan sonra oyunun rəsmi şəxslərini təhqir edib, komandasını meydançadan çıxarıb. Bu səbəbdən oyun yarımçıq dayandırılıb. Nağıyev bütün bunlara görə 3 oyun cəzalandırılıb, “Arpaçay” komandasına isə 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.

U-12 Liqasının “Neftçi” - “Sumqayıt” oyununda “Neftçi”nin futbolçusu Anar Muradlı təcavüzkar davranışa (rəqibi əli ilə vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb. “Sumqayıt”ın futbolçusu Xəlil Salami də eyni səbəbdən 2 oyun cəzalandırılıb.

U-12 Liqasının “Neftçi” İK İB – “Vətən” RİOEUGFM oyununda “Neftçi”nin futbolçusu Raul Əsgərov təcavüzkar davranışa (rəqibi əli ilə vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb. “Vətən”nin futbolçusu Murad Məmmədzadə də eyni səbəbdən 2 oyun cəzalandırılıb.

U-12 Liqasının “Ağstafa Gəncləri” - “Medical Center” qarşılaşması “Medical Center” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün baş tutmaığına görə “Medical Center” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasının İOEUGİM (Sumqayıt) – “Sumqayıt Siti”  qarşılaşması İOEUGİM komandasının heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə İOEUGİM-ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-17 Qızlar Liqasının “Fidan” - 8 №-li iOEUGiM (Bakı) oyunu “Fidan” komandası təyin olunan vaxtda gəlmədiyi üçün baş tutmadığına görə “Fidan”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:30

MPL: 35-ci tur start götürür - YENİLƏNİR

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

Facebookdan bizi izləməyi unutmayın.
X