“Turan Tovuz”un hücumçusu Natan Oduvanın Premyer Liqanın 29-cu turu çərçivəsində “Şamaxı” ilə ev oyununda iştirak etməməsi diqqətdən yayınmadı.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, futbolçunun heç bir zədəsi yoxdur.
Sadəcə, komandanın aparıcı futbolçusunun oyundan bir gün öncə hərarəti olduğundan, bu matçı buraxmaq məcburiyyətində qalıb. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev məlumat verib.
Futbolçunun qarşıdakı günlərdə tam sağalaraq sıraya dönməsi gözlənilir.
Xatırladaq ki, “Turan Tovuz” – “Şamaxı” matçında qalib müəyyənləşməyib – 1:1.