Rusiyanın "Sport-Ekspress" qəzeti Yuri Utkulmayevi istefaya göndərməyə hazırlaşan "Rubin"in baş məşqçi postuna namizədlər barədə dərc edilən yazıda "Sabah"ın çalışdırıcısı Murad Musayevin Tatarıstan təmsilçisini çalışdırmaq perspektivinə də toxunub.
Fanat.Az xəbər verir ki, mənbə "Rubin" nümayəndələrinin Musayevlə əlaqə saxladığını, lakin mütəxəssisin Kazan klubuna "yox" dediyini bildirib:
"Musayev mövsümün gedişində Azərbaycan komandasını tərk etmək istəmir".
Nihat