15:42 12.04.2023 873

Tovuzdakı insidentə sözardı

Bazar günü baş tutan "Turan Tovuz" - "Şamaxı" qarşılaşmasından sonra yaşananlar gündəmdə olan əsas mövzulardandır. Şamaxı təmsilçisi ilə öz meydanında 1:1 hesablı heç-heçə edən meydan sahiblərinin baş məşqçisinin ünvanına səsləndirilən "istefa" şüarları media mənsublarının əyləşdiyi sektorun sağından - çox sayda məktəblinin də yer aldığı sektordan gəldi. Əvvəl bir nəfər başladı, sonra uşaqlar da səslərinə güc verdilər. Nəticədə, "boz qurdlar"ın evdə "Şamaxı"nı yenə bilməməsinə və meydanda rəqibindən üstün görünməməsinə əsəbiləşmiş müəyyən kütlə də instinktiv şəkildə etirazçıları dəstəklədi. Şübhəsiz, bəziləri niyə istefa şüarı səsləndirdiklərinin ümumiyyətlə fərqində deyildi.

Daha sonra onu aqressiv şəkildə hədəfə alan tamaşaçılardan birinə tərəf dartınan Ayxan Abbasovu klubun idman direktoru Nadir Nəbiyev sakitləşdirdi. Maraqlıdır ki, media sektorunun sağındakılar - daha fəal fanatlar həm matçın gedişində komandalarını tək qoymadılar, həm də oyundan sonra təxribatçılara qoşulmadılar. Əksinə, ənənəvi qaydada öz futbolçularını və Abbasovu yanlarına səsləyib alqışladılar...

"Turan Tovuz"un bütün ev oyunlarında gözə dəyən və komandada tovuzlu futbolçuların oynamalı olduğunu dəfələrlə bildirən idman müəllimini - Fikrət Məmmədovu rayonda çoxları tanıyır. Bu qarşılaşmada da şagirdləri ilə birlikdə matça canlı baxırdı. Rəqib komandanın heyətindəki tovuzlu oyunçuların - Amil Yunanovla Elvin Məmmədovun alqışlara qonaq edilməsindən də bu yöndə çox məna çıxarmaq olar...

Əlbəttə, "Şamaxı"nın tovuzlu kapitanının və hücumçusunun alqışlanmasında müsbət çalarlar da axtarmaq mümkündür. Məntiqlə, bu, futbol dünyası üçün yad görüntü deyil. Yaxşı, bəs həmin müəllim və onun kimi düşünüənlər hansı tovuzluların meydanda olmalı halda, kənarda qaldığını iddia edir? Digər tərəfdən, Ayxan Abbasov özü tovuzlu deyil ki? Bəlkə sıfırdan komanda quran, məhud büdcəyə malik bölgə təmsilçisini autsayderlər sırasına qoşulmağa qoymayan mütəxəssis komanda hədəflərindən uzaq salıb? Ümumiyyətlə baş məşqçiyə etmək nəyə xidmət edir? "Turan Tovuz"un çiçəklənməsinə? Bu, suları bulandırmaqdan başqa bir şey deyilsə, əsla! Hazırda ölkə futbolunda "Turan Tovuz"da oynamağa layiq tovuzlu futbolçular olsaydı, başqa məsələ, ancaq yoxdursa, yenə də suallar açıq qalır. Hə, aşağı yaş qrupları üzrə komandalarda gələcəkdə elitada çıxış edə biləcək yerlilər var. Bəs yeri əllərindən alınıb legionerlərə və etirazçıların təbirincə desək, qeyri-tovuzlulara verilənlər hansılardır? 

Əlqərəz, ümid edək ki, bu, bir müəllimin, bir Tovuz futbolu təəssübkeşinin emosianal ürək çırpıntıları idi. Yox, məsələnin kökü bir qədər dərindədirsə, yeni sponsor tapılandan sonra qərb təmsilçisinin ətrafında başqa qüvvələr formalşıbsa, şou indi başlayır. 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

10:23

MPL: "Neftçi" "Səbail"i, "Qarabağ" "Kəpəz"i qəbul edir -YENİLƏNİR

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

Facebookdan bizi izləməyi unutmayın.
X