I Divizionda XXIV tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.
“Kəpəz-2” – “Neftçi-2” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Şamaxı-2” - “Zaqatala” matçında qonaqlar qalib gəliblər. Uzun fasilədən sonra öz doğma stadionunda oyuna çıxan “İmişli” isə azarkeşlərinin gözü önündə “Qarabağ”ın əvəzedicilərinə məğlub olub.
I Divizion
XXIV tur
12 aprel
“Şamaxı-2” – “Zaqatala” 1:2
Qol: Qurban Səfərov, 38 – Roini İsmayılov, 22. Bəhruz Teymurov, 86.
Şamaxı şəhər stadionu, 15:00.
“Kəpəz-2” – “Neftçi-2” 1:1
Qol: Cavad Kərimov, 21 – Elşad Tağıyev, 80.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.
“İmişli” – “Qarabağ-2” 0:1
Qol: Musa Musazadə, 90+4.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00.
İlk oyun günündə qeydə alınan nəticələr:
“Zirə-2” – “Qaradağ Lökbatan” 0:0
“Qəbələ-2” – MOİK 3:0
“Turan Tovuz-2”– “Mingəçevir” 2:1
“Sumqayıt-2” – “Səbail-2” 1:2