Azərbaycanlı futbolçu Nurlan Novruzov karyerasını Litvada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 30 yaşlı hücumçu "Jonava" klubu ilə razılaşıb.
Bu barədə Litva klubunun rəsmi saytı məlumat yayıb.
"Jonava" yeni başlayan Litva çempionatının ilk 5 turunda qələbə qazana bilməyib və hazırda sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, Nurlan Novruzov karyerası ərzində Azərbaycanda "Bakı”, "Sumqayıt”, "Səbail”, "Zirə", Türkiyədə "Şanlıurfa”, "Dersim 62 Spor”, Moldovada "Dinamo-Auto”, Estoniyada "Narva Trans”, Nepalda "Maçxindira” kimi klublarda forma geyinib. O, 2014/15 mövsümündə “Bakı”nın heyətində vurduğu 15 qolla Azərbaycan çempionatının bombardiri olub.
Mirağa