Avrokuboklara vəsiqəni təmin edən "Sabah" ukraynalı cinah oyunçusu Aleksey Kaşuku heyətində saxlamaq istəyir.
Fanat.Az "Sport.ua" portalına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi hüquqları "Şaxtyor"a məxsus olan futbolçunun klubu ilə danışıqlara başlayıb.
Mövsümün sonuna kimi "Sabah"da icarə əsasında çıxış edən 22 yaşlı yarımmüdafiəçinin taleyinə yaxın günlərdə aydınlıq gələcək. "Sabah" Kaşukun transferini birdəfəlik ələ keçirə bilər. Hər halda, Kaşukun icarə müddətinin daha bir il uzadılması ilə yanaşı, onun alınması da danışıqlar predmetidir.
Alekseyin “Şaxtyor”la müqaviləsi 2024-cü ilin yayında başa çatır.
Mirağa