Premyer Liqanın 30-cu turunun “Kəpəz” - “Turan Tovuz” oyunundan sonra qalmaqal yaşanıb.
Fanat.Az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma nominal meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hakimin final fitindən dərhal sonra meydanda dava düşüb. Belə ki, iki komandanın futbolçuları əlbəyaxa davaya çıxıblar. Onları məşqçilər və klub rəsmiləri sakitləşdiriblər.
Dava-dalaş təkcə meydanda baş verənlərlə yekunlaşmayıb. Belə ki, komandalar avtobusla stadionu tərk edərkən də bu gərginlik davam edib. Mübahisələrdə klub rəsmilərindən də iştirak edənlər olub.