21:52 16.04.2023 375

Qurban Qurbanov: “Sabah” qələbəyə daha çox layiq idi”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 30-cu turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Murad Musayevi, "Sabah"ı təbrik edirəm. Çox vacib qalibiyyət əldə etdilər. Təəssüf ki, standart vəziyyətlərdən çox bəsit qollar buraxdıq. Futbolçulara rəqibin üstün tərəfləri haqda məlumat verilir. Əlbəttə ki, hardasa səhvlər buraxılır. İkinci qol çox tez oldu. Qapıya yaxın olmayan yerdən yerinə yetirilən cərimə zərbələri qolla nəticələndi. Görünür, bu gün "Sabah" qələbəyə daha çox layiq idi. Onlara uğurlar arzulayıram. Öz komandama gələndə, çox etiraz ediləsi düşüncədə deyiləm. Bir ildən çoxdur ki, çempionatda məğlub olmurduq. Nə vaxtsa məğlubiyyətin olacağı gözlənilirdi. İnanıram ki, bu məğlubiyyət bizim üçün faydalı olacaq. “Sabah” qalib gəlibsə, deməli, qələbə onların haqqıdır. Hər iki hissədə yüz faizli qol epizodlarımız oldu. Amma onlar bu gün qalibiyyətə daha çox layiq idilər.

Futbol elə oyundur ki, hər epizodu qola çevirmək heç də asan deyil. İlk epizodda Musa hər şeyi düzgün etmişdi, sadəcə, qapıçı yaxşı oynadı. İkinci epizodda top qapıçının üstünə getdi. Çox da asan top deyildi. Qol vururlar, qalib gəlirik, vurmurlar, məğlub oluruq.

Filip Ozobiçin son oyunlarda ehtiyatda qalmasının ciddi bir səbəbi yoxdur. Digər futbolçular neçə vaxtdır oynayırlar, heyət komplektləşib. Onun yerində oynayan Leandro Andrade özünü heç də pis göstərmir. Ozobiç də oynayacaq. Qarşıdakı matçlarda onun da şansı olacaq. Oynamağa hazırdır.

Şahruddin Məhəmmədəliyev də tam sağalıb. Həkimlərlə məsləhət edəcəyik. Birdən-birə belə oyunlara çıxmaq risk olar. Eyni yerdən ikinci dəfə zədə almışdı. Ona görə daha çox vaxt udmaq istəyirik ki, tam bərpa olunsun. Hər şey yaxşılığa doğru gedir. Artıq komanda ilə tam məşqlərə qoşulub”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
00:33

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

Facebookdan bizi izləməyi unutmayın.
X