Azərbaycanlı mütəxəssis Nazim Süleymanovun baş məşqçisi olduğu "Ximki"nin 19 yaşlılardan ibarət komandası növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, altı aydan sonra yenidən U-19-un sükanı arxasına keçən həmyerlimizin dönüşü uğursuz alınıb.
Onun yetirmələri "Torpedo Moskva"ya 1:2 hesabı ilə uduzublar. "Ximki"nin hesabında 17 xal var və o 10 komandalı yarışda 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Nazim Süleymanov və Emin Ağayev 2022-ci ilin sentyabrından bu ilin fevralına kimi U-19-u çalışdırıblar. Daha sonra onlara “Ximki"nin əvəzedici komandası tapşırılıb. Həmyerlilərimiz "Ximki-2"-nin Krımskdakı təlim-məşq toplanışında ona rəhbərlik ediblər və komandanı İkinci Liqada üç oyuna çıxarıblar. Klub rəhbərliyi gənclərdən ibarət komandanın baş məşqçi postuna Rinat Bilyaletdinovu gətirdikdən sonra Süleymanov yenidən U-19-a qayıdıb.
Mirağa