"Krasnodar"dan ayrılandan sonra müəyyən pauza yarandı. Həmin vaxt Azərbaycandan gələn təklif mənim üçün xüsusi çağırış idi. Komanda sonuncu yerdə mövqe tutmuşdu və mən bu vəziyyəti dəyişə bilib-bilməycəyimi yoxlamaq istəyirdim".
Fanat.Az xəbər verir ki, bunu "Moskovskiy Komsomolets"ə açıqlamasında "Sabah"ın baş məşqçisi Murad Musayev deyib.
Musayev ölkəmizə gəldiyi üçün şad olduğunu vurğulayıb: "O vaxt rəhbərlik məni inandırdı ki, büdcə artırılacaq, yeni futbolçular transfer ediləcək. Belə də oldu. Bu gün də nə deyirlərsə, sözlərinin üstündə dururlar. Klub inkişaf edir. Şadam ki, Azərbaycana - "Sabah"a gəldim. Böyük işlər görülüb. Bundan həzz alıram. Ən əsası da görülən işlərin nəticəsidir. Biz artıq avrokuboklara vəsiqəni vaxtından əvvəl təmin etmişik. Həm də medal qazanacağımız dəqiqləşib. İlyarım öncə buna inanmaq çətin idi".
Nihat