İsveçrənin “Qrasshoppers” klubunun və Azərbaycan millisinin futbolçusu Renat Dadaşov meydanda komanda yoldaşları ilə insident yaşayıb.
Fanat.Az “blick.ch” saytına istinadən xəbər verir ki, hadisə Super Liqanın XXX turunda - futbolçumuzun komandasının lider “Yanq Boyz”u 4:1 hesabı ilə yendiyi matçda qeydə alınıb.
Belə ki, Renat 78-ci dəqiqədə qazanılan penaltini yerinə yetirmək istəsə də, kapitan Dominik Şmid topu ondan alaraq Petar Puşiçə verib. Kapitanın bu hərəkətini həzm edə bilməyən Dadaşov ona aqressiv şəkildə etiraz edib.
Matçdan sonra “Qrasshoppers”in baş məşqçisi Corcio Kontini bu epizodun onu özündən çıxardığını söyləyib: "Belə davranış komandamıza yaraşmır. Əlbəttə, bu, məni hisrləndirdi. İstənilən halda, futbolçular məsələni öz aralarında həll etdilər".
Qeyd edək ki, Puşiç həmin penaltidən fərqlənməyi bacarıb.
Nihat