Yaponiyadan Azərbaycana gələn “Neftçi” azarkeşi Akunari Yamada bu gün flaqmanın “Qarabağ”la oyunöncəsi məşqini ziyarət edib.
Fanat.Az xəbər verir ki, “Neftçi”nin “Bakcell Arena”da yerləşən fanşopundan kapitan Emin Mahmudovun formasını alan azarkeş komandanın futbolçuları ilə də görüşüb.
Yamada onlardan avtoqraf götürüb. Yapon fanat yüksək qonaqpərvərlik üçün klub nümayəndələrinə təşəkkürünü bildirib.