Azərbaycan Premyer Liqasının 32-ci turunda keçirilən "Qəbələ" - "Səbail" matçında (2:4) meydanın ən yaxşılarından olan Əyyub Allaş görüşün ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, mükəmməl vuruşla komandasının 3-cü qoluna imza atan hücumameyilli yarımmüdafiəçi belə danışıb:
"Çempionata uyğunlaşmaq mənim üçün çətin olmadı. Çünki burada daha çox fiziki yox, taktiki mübarizəyə üstünlük verirlər. Bu qarşılaşmada komandama fayda verə bildiyim üçün şadam. Əlbəttə, qələbə qazanmaq həmişə xoşdur. Vurduğum qola gəlincə, istənilən oyunçu rəqib qapısına yol tapanda xüsusi hisslər keçirir. Qolun baxımlı alınması da ürəyimcə oldu. Hərçənd mənim üçün ən vacib olan komandamın uğurudur.
Azərbaycan Kubokunun finalı? Açığı, hazırda bu barədə o qədər də çox düşünmürəm. Hələ final oyununa çox var. İndi əsas diqqətimizi qarşıdakı çempionat qarşılaşmalarına yönəltmişik. Dördüncü yer uğrunda mübarizəmiz davam edir".
Nihat