"Turan Tovuz"un əsas qol silahı Runi Eva ölkə xaricndən təklif alıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Yunanıstan Superliqasında mübarizə aparan "Asteras Tripolis" kamerunlu forvarda dəvət göndərib.
Lakin tovzulu azarkeşlərlə xüsusi münasibət formalaşdıran 26 yaşlı futbolçu daha öncə formasını geyindiyi klubun çağırışına "hə" deməyib. O, bölgə təmsilçisində qalmağa üstünlük verdiyini və bu səbəbdən daha öncə "Turan Tovuz"la danışacağını bildirib.
Qeyd edək ki, Runi bu yay qoşulduğu "boz qurdlar"ın forması ilə 29 çempionat matçına çıxıb. Bu qarşılaşmalarda 15 qol vuran ön xətt oyunçusu 3 məhsuldar ötürmə ilə də yadda qalıb. Azərbaycan Kubokunda isə 5 görüşdə iş başında olan afrikalı 1 qol vurub və 1 dəfə komanda yoldaşının fərqlənməsinə şərait yaradıb.
Nihat