Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Səbail”də gərginlik hiss olunsa da, durum qənaətbəxşdir.
Klubdan Fanat.Az-a verilən məlumata görə, komandanın heyətində zədəli və cəzalı futbolçu yoxdur.
"Dənizçilər" 35-ci tur çərçivəsində “Turan Tovuz”la səfər oyununa tam heyətlə hazırlaşır. 9-cu yerdə qərarlaşan "Səbail"dən fərqli olaraq, qərb təmsilçisi elitada qalmaq vəzifəsinin öhdəsindən son turda gəlib. Şahin Diniyevin komandası isə iki gün əvvəl evdə "Qarabağ"a 0:3 hesabı ilə uduzub.
Xatırladaq ki, mayın 22-də Tovuz şəhər stadionunda baş tutacaq “Turan Tovuz” - “Səbail” matçı saat 16:30-da başlayacaq.