AFFA Rusiyada çıxış edən azərbaycanlı hücumçu ilə danışıqları davam etdirir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, Moskva "Dinamo"sunun ikinci komandasında çıxış edən Ülvi Babayevdir.
Artıq 2004-cü il doğumlu Ülvinin valideynləri ilə də əlaqə saxlayan futbol qurumu onun 21 yaşadək futbolçulardan ibarət milli komandaya cəlb edilməsinə çalışır. Futbolçunun özü ilə yanaşı, ailəsi də 19 yaşlı forvardın Azərbaycan yığmasında top qovmasına isti yanaşır.
Bu isə o deməkdir ki, Ülvinin vətəndaşlığını dəyişməsinə müvafiq qurumlar yardımçı olsalar, onu tezliklə yığmada görəcəyik.
Qeyd edək ki, Ülvi Babazadə Rusiyanın U-16 yığmasında oynayıb.
Nihat