"Araz Naxçıvan"la Birinci Divizonun son turunun oyununa çıxmaq üçün Naxçıvana yollanan "Zaqtala" ciddi problemlərlə üzləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, dünən saat 17.00-da təyyarə ilə yola düşməli olan zaqatalalılar Naxçıvandakı leysan səbəbindən uzun müddət hava limanında gözləmək məcburiyyətində qalıb.
Qonaqlar 5-6 saatlıq ləngimənin ardından nəhayət ki, muxtar respublikaya uça bilib.
Qeyd edək ki, həm "Araz Naxçıvan", həm də "Zaqatala" gələn mövsüm Azərbaycan Premyer Liqasında oynamağa imkan verən lisenziya alıb.
Nihat