20:51 27.05.2023 404

“Finalda “Neftçi”ni məğlub edib sonrasına baxmaq istəyirəm”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının sonuncu – 36-cı turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri ev oyununu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Oyundan çox danışmayacağam. Komandamı təbrik edirəm. İlk turdan son tura kimi öz iddiamızdan əl çəkmədik. İnanırdıq ki, sona kimi müqavimət göstərəcəyik. Konfrans Liqasına layiqli vəsiqə qazandıq. Mövsümün sonudur, futbolçuları da başa düşmək lazımdır. Sevindirici odur ki, komanda sona kimi öz xarakterini göstərdi. Heç kim səhvdən sığortalanmayıb. Hamımızda inam var idi ki, hədəfə çatacağıq. Bu oyunda Konfrans Liqasına vəsiqəni itirsəydik, həmin iddiadan kubokda yapışacaqdıq.

Hər xal önəmlidir. Qış fasiləsindən sonra çox geridönüşlər etdik. Bu da kollektivin xarakterindən xəbər verir. Komandanın daha da güclü olmağını istərdim. Qarşıda bir oyun var. Kubokun finalından sonra rəhbərliklə danışacağıq ki, bir az da güclənək.

Heç vaxt gərgin olmamışıq. Həmisə komandadan soyuqqanlı olmağı istəmişik. Bəzən alınır, bəzən alınmır. Bəli, bu gün məğlub olsaydıq, bir az stress yarada bilərdi. Amma inkişaf etmək istəyiriksə, bu cür vəziyyətlərdən keçməliyik.

“Neftçi” ilə kubokun finalının "Bakcell Arena"da keçirilməsi məncə, bizə təsir etməməlidir. Biz də Qəbələdə final keçirib məğlub olmuşuq. Finalın öz ab-havası olur. Daha çox istəkli olan komanda nəticəni əldə edir.

Önəmlisi komandanı qorumaqdır. Komanda iki il ard-arda avrokuboklara vəsiqə əldə etdi. İnkişaf etmək istəyiriksə, futbolçuların da maaşları qalxmalıdır. Ümid edirəm ki, bu yöndə müsbət siqnal alacağıq. Rəhbərliklə hələ tam danışığımız olmayıb.

Mən "Qəbələ"nin baş məşqçisiyəm, hələ ki, buradayam. Qarşıda nə olacağını heç kim bilmir. Heç vaxt müqaviləni düşünməmişəm. Burada münasibətlərdə qarşılıqlı hörmət dayanır. Finalda "Neftçi"ni məğlub edib sonrasına baxmaq istəyirəm. Bütün fikrim "Qəbələ"dədir”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyul 2025
01:02

Klublararası dünya çempionatı: "Real" "Yuventus"u yenib 1/4 finala yüksəldi

00:09

Ayxan Cavadov AÇ-nin finalında

01 İyul 2025
23:50

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

23:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:06

"Sabah"da yeni legioner - RƏSMİ

22:44

"Bu mənim başıma daha gənc olanda gəlsəydi..." - Daniel Karvaxal

22:16

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

21:53

"Braziliyanı dünyanın ən uca zirvəsinə qaldırdıq" - Kano "İnter" üzərində qələbəni dəyərləndirdi

21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

Facebookdan bizi izləməyi unutmayın.
X