"Legioner futbolçularımız bu gün vətənlərinə yola düşəcəklər. Müqavilələrini yeniləməyi planlaşdırdığımız oyunçularla söhbətimiz olub".
Bunu Fanat.Az-a açıqlamasında "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib.
41 yaşlı mütəxəssis bu mövsüm tovuzluların formasını geyinmiş Natan Oduva ilə bağlı son vəziyyətə də aydınlıq gətirib:
"Natanla da danışmışıq. Biz öz təklifimizi etmişik. Dedi ki, düşünmək üçün 10 gün vaxta ehtiyacı var. Yəni bizdən vaxt istəyib".
Nihat