"Səbail"in və Azərbaycan millisinin qapıçısı Emil Balayev klubunu dəyişməyə yaxındır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Balayev "Neftçi"yə keçmək üzrədir.
O, "dənizçilər"in baş məşqçisi Şahin Diniyevlə görüşərək "Neftçi" ilə danışıq apardığını deyib və son qərarını açıqlamaq üçün iki gün möhlət istəyib.
"Zirə"nin də Balayevin xidmətində maraqlı olmasına baxmayaraq, hələlik o, "ağ-qaralar"la danışıq aparmağa üstünlük verib.
Mirağa