Maltanın "Valletta" klubu azərbaycanlı futbolçuya elçi düşüb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, son mövsümləri "Səbail"də keçirən Turan Manafovdur.
Müdafiəçiyə agenti vasitəsi ilə təklif göndərən cırtdan ölkə təmsilçisi onu azad agent qismində heyətinə qatmaq istəyir. 24 yaşlı futbolçu təklif barədə məlumat alsa da, Maltaya yollanmağa son variant gözü ilə baxır.
Qeyd edək ki, Manafovun "Səbail"lə olan müqaviləsinin müddəti başa çatıb.
Nihat