Mövsüm başa çatar-çatmaz heyətdə köklü islahatlara başlayan "Səbail"də növbəti ayrılıqlar baş verib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "dənizçilər" daha iki legioneri ilə yollarını ayırmağa qərar verib.
Baş məşqçi Şahin Diniyev ukraynalı müdafiəçi Petro Stasyukla bolqar Emil Martinovun xidmətinə ehtiyac duymayıb. Hər iki futbolçu ilə rəsmi xəbər yaxın günlərdə elan olunacaq.
Qeyd edək ki, "Səbail" bundan əvvəl Qoba Zakpa, Luvaqa Kizito və Qustavo De Fransa ilə rəsmən vidalaşıb. Bundan başqa, Franko Mazurek də baş məşqçiyə lazım olmayıb. İcarə müqaviləsinin müddəti başa çatan Maksim Çex ilə Matiya Lyuçiçlə yeni anlaşma əldə olunub-olunmayacağı isə bilinmir.
Mirağa