Elitadakı yerini qoruya bilməyən "Şamaxı"nın futbolçusu Fuad Bayramovu bir neçə yerli klub heyətinə qatmaq istəsə də, bu yöndə daha çox canfəşanlıq edən "Səbail"dir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "aslanlar"ın cinah müdafiəçisi ilkin danışıqlar zamanı Bakı təmsilçisindən aylıq 8 min manat maaş istəyib.
Düzdür, hələ "Şamaxı"nın növbəti mövsümə Premyer Liqada başlamaq ehtimalı sıfıra düşməyib. Ancaq klubu ilə müqaviləsinin müddəti 2025-ci ilə qədər nəzərdə tutulan Bayramov Şamaxı təmsilçisi Birinci Diviziona göndərilməsə belə, daha perspektivli komandanın formasını geyinməkdə israrlıdır.
Nihat