"Qəbələ"ni tərk edəcək legionerlərdən birinin də adı bəllidir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, müqaviləsinin müddəti başa çatan Ramon Maçadodur.
"Qırmızı-qaralar"la Azərbaycan Kubokunun qalibi olan 32 yaşlı hücumçu klubun yeni müqavilə təklifi ilə razılaşmayıb.
Qeyd edək ki, Maçado 2022/23 mövsümündə formasını geyindiyi "Qəbələ"nin forması ilə çıxdığı 32 çempionat matçında 8 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Azərbaycan Kubokunda 5 oyuna çıxan "sambaçı" 2 qol vurub və 1 dəfə assistentlik bacarığını ortaya qoya bilib.
Nihat