Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyə Superliqasının son turunda “Beşiktaş”la matçda (3:3) fərqlənib.
Fanat.Az xəbər verir ki, 46-cı dəqiqədə oyuna daxil olan Emreli bir dəqiqə sonra hesabı bərabərləşdirib (2:2).
Sonra tərəflər daha bir qol vurub və matç 3:3 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, bu, Emrelinin Türkiyə Superliqasında 2-ci qolu olub. O, düz 2 ay əvvəl, aprelin 23-də "Adana Dəmirspor"la görüşdə də fərqlənmişdi.