“Qarabağ” klubunda ayrılıq reallaşıb.
Fanat.Az klubun mətbuat xidmətinə əsasən xəbər verir ki, Ağdam təmsilçisinin akademiya koordinatoru Tacəddin Doğan postunu tərk edib.
Türk funksionerlə müqavilə müddəti başa çatıb və yeni anlaşma imzalanmayıb.
"Qarabağ" Tacəddin Doğana göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Tacəddin Doğan 2019-cu ildən Azərbaycan çempionunda işləyirdi.