Sol cinah müdafiəçisi Turan Manafovun "Səbail"dəki taleyinə aydınlıq gəlib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu gün "dənizçilər" ilə danışan futbolçu maaş məsələsində Bakı klubu ilə razılığa gələ bilmədiyi üçün özünə yeni iş yeri axtaracaq.
Dəqiqləşdirsək, Manafova aylıq 5 min manat məvacib təklif edilsə də, bu, müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutlan futbolçunu qane etməyib. "Səbail"in nümayəndələri onun istədiyi aylıq 8 min manat maaşa "yox" dedikləri üçün anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Manafov son mövsümdə Bakı klubunun forması ilə 17 çempionat matçına çıxaraq 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. O, Azərbaycan Kubokunda 1 görüş keçirib.
Nihat