Son mövsümün ikinci yarısını "Səbail"də keçirən İlkin Muradovun taleyi qeyri-müəyyən olaraq qalır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "dənizçilər"lə icarə müddəti başa çatan yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu "Zirə"yə dönüb. Ancaq Rəşad Sadıqovun yenidən onun xidmətində maraqlı olub-olmadığı bilinmir.
Ötən mövsümün gedişində cəzalandırılan, sonradan bağışlanmasına rəğmən, qışda "Səbail"ə icarəyə verilən İlkinin "dənizçilər"ə dönməsi real görünür. Belə ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev dayaq yarımmüdafiəçisinin xidmətində maraqlıdır. 27 yaşlı futbolçu zirəlilərlə bir illik müqaviləni qarşılıqlı razılıq əsasında poza bilsə, "Səbail" onunla birdəfəlik anlaşma imzalamağa hazırdır.
İlkin Muradov 2022/2023 mövsümündə Premyer Liqada 26 oyuna çıxıb ki, bunun 13-ünü "Zirə"də, yarısını da "Səbail"də reallaşdırıb.
Mirağa