Azərbaycan millisinin keçmiş futbolçusu Ruslan Abışov “Zirə” klubu ilə vidalaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə 35 yaşlı müdafiəçi “Facebook” hesabında paylaşım edib.
Ruslan Abışov 2021-ci ildən paytaxt təmsilçisinin formasını geyinib. O, karyerasında “Neftçi”, “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter” (hazırkı “Şamaxı”), “Sabah” və Rusiyada “Rubin” klubunun uğurları üçün də çalışıb.