"Səbail"də növbəti ayrılıq reallaşıb.
Fanat.Az xəbər verir ki, Bayıl təmsilçisi qapıçı Emil Balayev ilə yollarını ayırmaq barədə qərar qəbul edib.
Millinin üzvü ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. "Dənizçilər" Emilə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Emil Balayevin "Neftçi" və "Zirə"nin maraq dairəsində olduğunu bildirək.
Qeyd edək ki, 29 yaşlı qolkiper ötən yay Qazaxıstanın "Turan" klubundan ayrılaraq "Səbail"ə keçmişdi. O, 2017-2019-cu illərdə də Bakı klubunda çıxış edib.