Azərbaycan millisinin və "Zirə"nin müdafiəçisi Cəlal Hüseynovun dünən müqavilə bağladığı Bolqarıstan "Arda"sında köklü dəyişiklik reallaşıb.
Fanat.Az xəbər verir ki, klub 9 futbolçu ilə yollarını ayırıb.
Aleks Petkov, Aleksandr Georgiyev, Vasil Simeonov, Junior Palmares, Atanas Zehirov və Şanonun klubla müqavilələrinin müddəti başa çatıb və yenilənməyib. Komandanın ən təcrübəli oyunçularından biri Milen Jelev isə karyerasını xaricdə davam etdirəcəyi bildirərək müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilməsinə nail olub.
Bundan başqa, "Arda"da icarə əsasında oynayan Lasana Ndiaye və El Mami Tetah da müqavilə ilə məxsus olduqları klublara qayıdıblar.
Qeyd edək ki, iyunun 12-də "Arda" ilə 3 illik müqavilə imzalayan Cəlal Hüseynov Azərbaycana qayıdıb. O, ayın 17-də AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda Estoniya ilə qarşılaşacaq millinin düşərgəsinə qoşulub.
Mirağa