“Zirə" 4 futbolçu ilə yollarını ayırıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ruslan Abışov, Sərtan Taşkın, Mohamed Hamdaui və Donlad Gerye ilə klub arasında imzalanmış müqavilə başa çatıb. “Zirə" futbolçulara klub üçün göstərdikləri xidmətə görə təşəkkür edib, karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, "Zirə" yay fasiləsində Hamidu Keyta, Coşqun Diniyev, Loris Broqno, Mehdi Cənnətov, Mirsayib Abbasov, Mois Adileudur və Cəlal Hüseynovla da yolları ayırıb.