“Sabah”ın yay hazırlıq planı bəlli olub.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi növbəti mövsümün və avrokubokun hazırlıqlarına iyunun 21-də Bakıda başlayacaq.
Toplanışın birinci mərhələsi iyunun 29-dək davam edəcək. Premyer Liqanın gümüş mükafatçısı həmin tarixdə Qəbələyə yola düşəcək. Qəbələ toplanışına iyulun 5-də yekun vurulacaq.
İyulun 6-da isə “Sabah” hazırlığın əsas mərhələsi üçün Avstriyaya yollanacaq. Adıçəkilən ölkənin Tirol bölgəsində baş tutacaq təlim-məşq toplanışı iyulun 20-də başa çatacaq.
Hazırlıq prosesi çərçivəsində Azərbaycanda 2, Avstriyada isə 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Sabah” 2023/2024 mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.