Azərbaycan Kubokunun qalibi olaraq mövsümü titulla başa vuran "Qəbələ"nin əksər futbolçularının müqaviləsinin müddəti başa çatsa da, klub daha çox iki legionerin heyətdə saxlanılması istiqamətində çalışmalarını davam etdirir.
Fanat.Az-ın məlumatına görə, "qırmızı-qaralar" yarımmüdafiəçi İsnik Alimi və müdafiəçi Ruan Renatonun qalmasına çalışır.
Alimi və Renato komandanın Konfrans Liqasının 2-ci təsnifat mərhələsinə yaxşı hazırlaşa bilməsi üçün ən vacib fiqurlardan sayıldığından onların itirilməsini əngəlləmək prioritet hədəfdir. Hər iki oyunçu müxtəlif klublardan daha sərfəli təkliflər alsa da, "Qəbələ" sözügedən legionerlərlə maaş məsələsində ortaq məxrəcə gələ biləcəyinə ümidlidir. Hazırda bu yöndə danışıqlar davam etdirilir.
Nihat