“Turan Tovuz” daha iki futbolçusu ilə yeni müqavilə bağlayıb.
Fanat.Az xəbər verir ki, əyalət klubu Sadiq Quliyev və Tərlan Quliyevlə müqaviləni daha 1 il müddətinə uzadıb.
Müdafiəçilərlə yeni müqavilə 2023/2024-cü il mövsümünün sonunadək nəzərdə tutulub.
Tovuz klubunda daha öncə Kamal Bayramov, Tərlan Əhmədli və Ayxan Quseynovla da yeni müqavilə imzalanmışdı.