Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümündə 10 komanda mübarizə aparacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "Report"a AFFA-nın baş katibi Sərxan Hacıyev məlumat verib.
O, komanda sayının dəyişdirilməyəcəyini söyləyib: "Ola bilsin ki, Elmar müəllim yanlış anlayıb. Əvvəldən dediyimiz kimi Premyer Liqada sonuncu yerin sahibi olan "Şamaxı" çempionatı tərk edəcək və I Divizionun qalibi olmuş "Araz Naxçıvan" elitaya yüksələcək".
***
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümündə 12 komanda mübarizə aparacaq
Fanat.Az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 2022/23 mövsümündə sonuncu olan “Şamaxı” Premyer Liqada qalacaq. Eləcə də “Araz Naxçıvan” və “Zaqatala” yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq. (Report.az)