"Sabah"ın hücumçusu Namik Ələsgərov karyerasını Türkiyədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Alt Ligler - Transfer Merkezi" yayıb.
Xəbərə görə, onun xidmətində mövsümün yekunlarına əsasən, 1-ci Liqaya vəsiqə qazanan "Kocaelispor" maraqlıdır.
Azərbaycan millisinin üzvü 2021/2022 mövsümündə də Türkiyədə çıxış edib. Həmin vaxt 1-ci Liqada "Busaspor"un uğurları üçün çalışan Ələsgərov sözügedən çempionatda 6 qol və eyni sayda assistlə diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Namik son mövsümdə "Sabah"ın forması ilə 23 çempionat matçına çıxaraq 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, Azərbaycan Kubokunda 1 görüşdə forma geyinib.
Nihat